Qadin.NET / Corc Floydun qızı “Disney”in səhmdarı oldu - FOTO

Corc Floydun qızı “Disney”in səhmdarı oldu - FOTO

Minneapolis şəhərində polis zorakılığı nəticəsində ölən afroamerikalı Corc Floydun qızı Ciannaya ABŞ “Disney” şirkətinin səhmləri hədiyyə edilib.

Qadin.Net bildirir ki, bu barədə Cianna Floyd “Instagram” hesabında paylaşım edib.

Səhmləri ona məşhur müğənni və aktrisa Barbra Streyzand verib. Paylaşımında altı yaşlı qız aktrisaya minnətdarlığını bildirib.

“İndi sizin sayənizdə “Disney”in səhmdarıyam”, - deyə C.Floyd yazıb.

15 iyun 2020
GO BACK