Qadin.NET / Bəhram Bağırzadə reanimasiyaya yerləşdirilib - HƏKİMDƏN AÇIQLAMA + VİDEO

Bəhram Bağırzadə reanimasiyaya yerləşdirilib - HƏKİMDƏN AÇIQLAMA + VİDEO

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Bu barədə “Qafqazinfo”ya MGH-nın rəis müavini Bəxtiyar Musayev məlumat verib.

O bildirib ki, Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb:

“Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

14 iyun 2020
GO BACK