Türkiyədə iyunun 15-dən etibarən nikah, iyulun 1-dən isə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.
Qadin.net publika.az-a istinadən xəbər verir ki, nikah və toy mərasimləri artıq müəyyənləşdirilmiş xüsusi qaydalar çərçivəsində keçiriləcək.
Belə ki, Türkiyə Daxili İşlər Nazirliyinin təsdiq etdiyi qaydalara əsasən toy mərasimi zamanı bir neçə nəfərin toplanaraq ailə fotosu çəkdirməsinə icazə verilməyəcək. Cütlüklər də daxil olmaqla hər kəs maska taxacaq.
Bundan başqa, mərasim keçirilən zaman masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq. Şənliklərdə iştirak edənlərin sayı isə ərazinin kvadratmetrinə görə hesablanacaq, qonaqların hərarəti ölçüləcək.