Qadin.NET / Şeron Stounu ildırım vurub?

Şeron Stounu ildırım vurub?

Hollivud ulduzu Şeron Stoun komediya aktyoru Brett Qoldşteynin verilişində ildırım vurmasından sonra necə sağ qalmasından danışıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 62 yaşlı sənətçi hadisənin tarixi barədə məlumat verməsə də, bu barədə ilk dəfə söhbət açıb.

O bildirib ki, krandan su doldurarkən ildırım su quyusuna düşüb və elektrik cərəyanı onu vurub:

“İldırım məni havaya atdıqdan sonra soyuducuya çırpıldım. Şokda idim. Hadisə vaxtı anam evdə idi. Mənim özümə gəlməyimə kömək etdi. Daha sonra Beverli-Hillsdəki xəstəxanaya apardı. Bədənimdə elektrik cərəyanı qaldığı üçün 10 gün xəstəxanada müalicə aldım”.

14 iyun 2020
GO BACK