Qadin.NET / Hansı halda şəxsi avtomobildən istifadəyə icazə verilir?

Hansı halda şəxsi avtomobildən istifadəyə icazə verilir?

Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Qadin.Net APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.

14 iyun 2020
GO BACK