Qadin.NET / 8-ci mərtəbədən yıxılan pişik avtomobili yararsız hala saldı

8-ci mərtəbədən yıxılan pişik avtomobili yararsız hala saldı

Rusiyanın Rostov-Don şəhərində səkkizinci mərtəbədə yerləşən mənzilin eyvanından yıxılan ağır çəkili pişik binanın həyətində park edilmiş avtomobilin damını yararsız hala salıb.

Qadin.Net bildirir ki, xəbər “VKontakte” sosial şəbəkəsininin “Rostov Qlavnıy - Rostov-na-Donu novosti” səhifəsində dərc olunub.

Qeyd olunur ki, binanın birinci mərtəbəsində yaşayan şəxs avtomobilinə dəymiş zərərə görə pişiyin sahibindən təzminat tələb edib.

Xəbərə şərh yazanların əksəriyyəti avtomobilə nə qədər ziyan dəyməsi ilə deyil, pişiyin sağ qalıb-qalmaması ilə maraqlanıb.

14 iyun 2020
GO BACK