Qadin.NET / Çində növbəti koronavirus yoluxması qeydə alındı: Hərbi vəziyyət elan edildi

Çində növbəti koronavirus yoluxması qeydə alındı: Hərbi vəziyyət elan edildi

Çinin paytaxtı Pekinin Fentay rayonundakı bazarda bir gün əvvəl koronavirus aşkarlandığı üçün hərbi vəziyyət elan edilib.

Qadin.Net bildirir ki, “Reuters” xəbər verir ki, şəhərin ən böyük topdansatış mərkəzlərindən olan “Sinfadi”də koronavirus infeksiyası aşkar edilib.

Rayon rəhbərliyinin sözçüsü Çu Çzyunveyin sözlərinə görə, bazarda testdən keçirilən 517 nəfərin 45-də yoluxma müşahidə edilib.

Bundan əlavə, yeni koronavirus infeksiyası fonunda Pekin İdman Yarışları İdarəetmə Mərkəzi bütün idman tədbirlərini ləğv edib. Mərkəz bunun vətəndaşların sağlamlığını təmin etmək üçün hazırlanan təhlükəsizlik tələbləri ilə əlaqədar olduğunu bildirib.

14 iyun 2020
GO BACK