Qadin.NET / Simptomsuz koronavirus daşıyıcılarının sirri məlum oldu

Simptomsuz koronavirus daşıyıcılarının sirri məlum oldu

“Simptomsuz daşıyıcı” adlanan koronavirus testi pozitiv çıxan insanların böyrək və ağciyərlərində ciddi zədələr aşkarlanıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Corc Mason Universitetinin Biologiya üzrə doktoru Ança Baranova danışıb.

Onun sözlərinə görə, simptomları büruzə verməyən koronavirus xəstələrinin yaşı adətən gənc olur. Lakin mədəaltı vəzi baxışdan keçiriləndə və ağciyərləri tomoqrafiyaya salınanda həmin insanlarda ciddi zədələr aşkarlanır: “Bu zədələrin üzə çıxarılması üçün ağciyərlərin həcminin ölçülməsi də kifayət edə bilər. Ağciyərlər kiçilməyə başlayıbsa, qarşınızda koronavirusa yoluxma faktı ola bilər”.

Həkimin fikrincə, koronavirusa yoluxan, lakin simptom büruzə verməyən şəxslərin əlamətlərindən biri böyrəklərin funksiyalarının zəifləməsidir. Bunun üçünsə xəstədən qan analizi götürülməlidir.

13 iyun 2020
GO BACK