Qadin.NET / Kobi ölümündən sonra "Emmi" mükafatına layiq görüldü

Kobi ölümündən sonra "Emmi" mükafatına layiq görüldü

Yanvarın 26-da şəxsi helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən dünyaca məşhur basketbolçu Kobi Brayant “Emmi” mükafatının laureatı olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Televiziya Akademiyasının rəsmi saytında məlumat verilib.
Mükafat mərhum idmançının incəsənət, televiziya və elm sahəsində qazandığı nailiyyətlərə görə veriləcək.
“Emmi” mükafatlarının təqdimetmə mərasimi isə iyulun 18-də baş tutacaq.
Qeyd edək ki, Kobi Brayant ABŞ-ın Milli Basketbol Assosiasiyasının “Los-Anceles Leykers” klubunun müdafiəçisi olub.


13 iyun 2020
GO BACK