Qadin.NET / Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi

Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi

Çində ilk dəfə koronavirusun yeni növü barədə məlumat verən və bir müddət sonra COVID-19-a yoluxaraq vəfat etmiş həkim Li Venliyanın oğlan övladı dünyaya gəlib.
Qadin.Net bildirir ki, “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə “PenPay” nəşri məlumat yayıb.
Qeyd olunur ki, ana və yeni doğulmuş körpə tamamilə sağlamdır.
Li Venliyanın həyat yoldaşı “WeChat” sosial şəbəkəsində COVİD-19-dan vəfat etmiş həyat yoldaşına xitabən “Bunu cənnətdə gördünmü? Mənim üçün ən son hədiyyən bu gün dünyaya gəldi” qeydi edib.
13 iyun 2020
GO BACK