Qadin.NET / TƏBİB rəsmisi: “Vəziyyət nəzarətdən çıxa bilər”

TƏBİB rəsmisi: “Vəziyyət nəzarətdən çıxa bilər”

“Bəzi insanlar xəstəliyini gizlədərək, öz evlərində müalicə alırlar”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O qeyd edib ki, bu hallar yoluxmanın qarşısının alınması istiqamətində görülən tədbirlərin nəticələrinə də təsir edir:
“İnsanlardan xahiş edirik ki, koronavirusa yoluxmalarını gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Lakin qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər. Bu isə arzuolunan hal deyil”.

13 iyun 2020
GO BACK