“Xəstəliyin təsdiqi üçün aparılan testin nəticəsi orta hesabla 24 saat ərzində açıqlanır”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxma diaqnozu PSR üsulu ilə aparılır:
“Testlərin nəticələri altı saat ərzində açıqlanır. Yalnız test nəticəsinin sistemə yüklənməsi bir qədər vaxt alır. Buna görə nəticənin açıqlanması gecikə bilər. Digər tərəfdən, xəstəliyin sayı artdıqca müraciətlərin də sayı çoxalır”.
V.Əliyev əlavə edib ki, yoluxma sayında artım olarsa, karantin rejiminın müddəti artırıla bilər.