“Sərt karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O qeyd edib ki, polisin qanuni tələblərinə tabe olmayan şəxslər polis bölməsinə aparıla bilər:
“Əgər şəxs məsuliyyətsizlik səbəbindən başqa birini virusa yoluxdurarsa və bu hal öz təsdiqini taparsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.
Karantin qaydalarını pozan şəxs polisə müqavimət göstərirsə, qanunun tələblərinə uyğun olaraq yaxınlıqdakı polis bölməsinə aparılır.
Həmin şəxs və ya şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək”.