“Ötən həftə sərt karantin rejimindən sonra çörəklə bağlı müşahidə edilən problem təəəssüf doğurur”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
O bildirib ki, çörək ehtiyatı ilə bağlı problem olmayacaq:
“Ötən həftə də çörəklə bağlı problem olmamışdı. Sərt karantin günlərindən sonrakı mənzərə bunu sübut etdi. Bu dəfə də heç bir problem olmayacaq, vətəndaşlardan bunu nəzərə almaları xahiş olunur”.