Qadin.NET / Sərt karantin günlərində tullantıların atılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Sərt karantin günlərində tullantıların atılması ilə bağlı MÜHÜM AÇIQLAMA

“Şəhərin dezinfeksiya işlərinə iki mindən çox insan cəlb olunur”. 
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
Onun sözlərinə görə, Bakıda 11 415 bina var, onların hər birinin giriş-çıxışlarında dezinfeksiya işləri aparılır:
“Dezinfeksiya edilən küçələrin sayı artırılıb. Qaradağ, Sabunçu, Pirallahı rayonunun əraziləri də bu siyahıya əlavə edilib”. 
O bildirib ki, sərt karantin rejimində məişət tullantıları ilə bağlı yaranan problemləri nəzərə alaraq, konteynerlər quraşdırılacaq:
“Bu, o binaların qarşısında olacaq ki, orada zibil qutuları olmasın. Bu qutular iki gündən sonra yığışdırılacaq”.

12 iyun 2020
GO BACK