“Xüsusi karantin günlərində fəaliyyət göstərməsi üçün 210 minə yaxın işçiyə icazə alınıb”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, 14-16 iyun tarixlərində xüsusi karantin rejimində yalnız operativ qərargahın icazə verdiyi dövlət və özəl qurumların əməkdaşları icaze.gov.az saytı vasitəsilə icazə ala biləcəklər:
“Hazırda əlimizdə olan məlumata görə, 210 minə yaxın işçi üçün icazə alınıb. İcazə verilən qurumlar da maksimum az işçilərə icazə verilməsini nəzərə almalıdırlar”.
Onun sözlərinə görə, icazə alınan şəxslər həmin işə uyğun olmadığı halda onların adı icazə sistemindən çıxarılacaq:
“Eyni zamanda, həmin şəxslərə cərimələr tətbiq ediləcək. Ona görə də icazə alanlar diqqətli olmalıdır”.