"Sen çal kapımı" serialı ilə ekranlara geri qayıdan aktrisa Hande Erçəl "İnStyle" jurnalı üçün kamera qarşısına keçib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, jurnalın iyun buraxılışının üz qabığında yer alan aktrisa qarın əzələləri ilə diqqətləri üzərinə toplayıb.
İzləyicilər fotolarını sosial şəbəkədə paylaşan H.Erçələ "Karantin yaxşı təsir edib" kimi şərhlər yazıblar.