“Bu gün Azərbaycanda daha 336 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O bildirib ki, koronavirusdan daha 183 nəfər sağalıb, beş nəfər vəfat edib.