Qadin.NET / Baş nazirdən koronavirusla mübarizə aparan tibb işçilərinin maaşları ilə bağlı QƏRAR

Baş nazirdən koronavirusla mübarizə aparan tibb işçilərinin maaşları ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli, 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. 
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 
Qərara əsasən, mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi iyulun 1-dək davam edəcək.
Qeyd edək ki, 2020-ci il 18 mart tarixli 1947 nömrəli sərəncamda bu müddət iyunun 1-dək göstərilmişdi.
12 iyun 2020
GO BACK