Qadin.NET / DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi

DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı qeyd aparan və müraciətini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək bu işləri tamamlamaq imkanı yaradıb.
Mərkəzdən verilən məlumata görə, 10-11 iyun tarixlərində yuxarıda qeyd olunan kateqoriyaya aid 2500-dən çox abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq “SMS”ləri göndərilib. 
Edilən xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər isə bunu hələ də edə bilərlər.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiq etmiş şəxslər iştirak edə bilərlər.
Qeyd: Elektron ərizəsi olmayan, həmçinin ərizənin təsdiqi üçün DİM-in məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.
12 iyun 2020
GO BACK