Qadin.NET / Demet dodağını sancmış arıya mahnı yazdı - VİDEO

Demet dodağını sancmış arıya mahnı yazdı - VİDEO

Türkiyəli məşhur aktrisa Demet Evgar sosial media hesabında onu iki dəfə arı sancdığını və pilləkəndən yıxıldığını xəbər verib.
Qadin.Net bildirir ki, “HaberGlobal”ın məlumatına görə, aktrisanın həmin arıya mahnı həsr etməsi pərəstişkarlarını güldürüb.
O, arının dodağını sancmasına da yumorla yanaşıb:
“Botoks deyil, dolğu elətdirdim. Məncə, normal görünür. Düşünürəm ki, tam təbii görünürəm. Özümü lap yaxşı hiss edirəm. Sevirəm. Xoşuma gəlir. Güzgüyə baxdıqda özümü xoşbəxt hiss edirəmsə, düşünürəm ki, dodağımı belə doldurmalıyam”.
D.Evgar bir sonrakı paylaşımında da pərəstişkarlarını güldürməyə davam edib. Avstraliyalı model Sofi Monkun da şəklini paylaşaraq, “bu fotodan bir arı qədər uzağam” deyə yazıb.


12 iyun 2020
GO BACK