Türkiyəli aktrisa, müğənni Hülya Avşar qızı Zəhranın iş yerinin qarşısında görüntülənib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, memarlıq ofisinin çıxışda müxbirlərin suallarını cavablandıran aktrisa xəyalı olan bağ evini İstanbulun Riva ərazisində yerləşən 62 milyon TL (təxminən 15 milyon 531 min manat) dəyərində olan torpağında tikdirməyə başladığını açıqlayıb:
“Zəhranın çalışdığı şirkət sayəsində xəyalımı gerçəkləşdirirəm. Artıq tikinti işləri başlayıb. Tennislə məşğul olmağı sevirəm, tennis kortu da olacaq”.
Uzun müddətdir heç bir yerdə konsert verməyən müğənni “Çıxış edəcək yer tapmaq çox çətinləşib. İyunun 26-da 3 gün Bodrumda çıxışım olacaq. Endirim etməyimi istədilər, amma etmədim” deyə, söyləyib.
H.Avşar Bodrumda yerləşən çimərliklərdə şezlonqların qiymətinin baha olmasına da münasibət bildirib:
“Mən qiymətləri daha da artırardım. Çünki qiymət artdıqca, insanlar oraya daha çox gedirlər. Mən “min lirəlik şezlonqdayam” deyə özünü göstərən vətəndaşlar var. Mən olsam 5 min lirə edərdim. Qapıda növbədə dayanardılar”.
Aktrisanın qolundakı saatının da qiyməti diqqət çəkib. Brilyant qaşlı “Hublot Big Bang” markalı saat 200 min Tl dəyərindədir.