Türkiyənin Ayfonkarahisar şəhərində 68 yaşlı qadın nəvələri ilə birlikdə universitetdə təhsil alır.
Qadin.Net bildirir ki, “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Vahidə Doğanay 50 illik tələbə olmaq arzusunu gerçəkləşdirib.
Evli, iki uşaq və dörd nəvə sahibi olan qadın Afyon Kocatepe Universitetinin İslam Elmləri fakültəsində oxuyur. Onunla yanaşı, iki nəvəsi də tələbədir:
“Uşaqlarımı böyütdüm, oxutdum, evləndirdim. Növbə öz həyatıma gəldi. Ötən il iki nəvəmlə birgə imtahan verib, qəbul oldum. Yaxşı oxuyan tələbələrdənəm”.