Qadin.NET / Kıvanç Tatlıtuğ "Ferrari"sini hələ də sata bilmir

Kıvanç Tatlıtuğ "Ferrari"sini hələ də sata bilmir

Aktyor Kıvanç Tatlıtuğ ötən il 1 milyon 725 min lirəyə (təxminən 432 min manat) satışa çıxardığı "Ferrari F355 Spider F1" model avtomobilini sata bilmir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 1998-ci il model olan maşının qiymətini sənətçi daha da ucuzlaşdırmalı olub.
Kıvanç maşını indi 1 milyon 575 min lirəyə (təxminən 384 min manat) satışa çıxarıb. 150 min lirə (təxminən 37 min manat) endirim edilən maşını aktyor avtomobil qalereyasında saxlayır.


10 iyun 2020
GO BACK