Aktyor Rüzgar Aksoya Türkiyədə bəslənməsi qadağan edilən Doqo Arqantino cinsi it hücum edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi evinin yanındakı parka Baki adlı itini gəzdirməyə çıxarıb.
Evə qayıdarkən qonşusunun saxladığı Doqo Arqantino cins iti görən Aksoy "İti bağlayın, mənə və itimə hücum edə bilər" deyib.
Amma heyvanın sahibi ona qulaq asmayıb. Qonşunun iti aktyorun heyvanına hücum edib. Aksoy onları ayırmağa çalışıb, amma it ona da hücum çəkib. Nəticədə sənətçinin əlini parçalayıb.
Dərhal xəstəxanaya aparılan Rüzgarın əlinə gips taxılıb. İki ay iş görməsi qadağan edilən aktyor məhkəməyə müraciət edərək qonşusundan şikayət ərizəsi yazıb.