Dünyaca məşhur model Kendal Cenner sosial şəbəkədə Amerikanın Minneapolis şəhərində polis zorakılığının qurbanı olan Corc Floydla bağlı keçirilən aksiyaya qoşulub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, şəxsi Feysbuk səhifəsində “Qaradərililərin həyatı əhəmiyyət kəsb edir” plakatı ilə şəklini paylaşan modelin yalanı üzə çıxıb.
İzləyicilərdən biri Kendalın kölgəsinə diqqət etdikdən sonra plakat və tibbi maskanı görüntüyə fotoşopla əlavə etdiyini sübut edib.
Sosial şəbəkdə tənqid atəşini görən model fotonu silməyə məcbur qalıb. Daha sonra isə Kendal fotoşopu özünün etmədiyini etirf edib.