Qadin.NET / Koronavirusun hansı halda analizdə çıxmadığı açıqlandı

Koronavirusun hansı halda analizdə çıxmadığı açıqlandı

“Yaxma götürülən vaxt koronavirus xəstəliyinin diaqnositika alqoritminə uyğun hərəkət edilir”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, yuxarı tənəffüs yollarının xəstəliyi zamanı təcili tibbi yardıma müraciət edilməlidir
“Test üçün yuxarı tənəffüs yolundan yaxma götürülür. Analizin ÜST tərəfindən təsdiq olunmuş bir metodu var. Heç bir ekspress-testin diaqnostik əhəmiyyəti və etibarlılığı yoxdur. Əgər xəstəlik aşağı tənəffüs yollarına keçərsə, analizdə çıxmaya da bilər”.
“Əgər nəfəs darlığı rast gəlinirsə, xəstələr kompüter tomoqrafiyasından keçirilir və ağciyərlərdə kölgələr müşahidə olunarsa, digər xəstəxanaların infeksiya şöbəsinə yerləşdirilir, müalicə alırlar. Daim nəzarət altında saxlanılırlar”, - deyə, R.Bayramlı əlavə edib.

10 iyun 2020
GO BACK