Qadin.NET / 65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək? - RƏSMİ

65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək? - RƏSMİ

“Bu həftənin cümə günü adi iş rejimi olacaq. Şənbə günü isə iş günləri onsuz da qısa olur.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, həmin gün 65 yaşdan yuxarı insanların zərurət yaranmadıqca, evdən çıxmaması tövsiyə edilir.
R.Bayramlı əlavə edib ki, bu dəfə karantin qadağaları tətbiq ediləcək ərazilər genişlənib:
“Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonları da sərt karantin rejiminin tətbiq ediləcəyi siyahıya əlavə edilib”.


9 iyun 2020
GO BACK