Qadin.NET / Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”

Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”

“Növbəti həftə ərzində bağlanma ilə bağlı operativ qərargah qərar qəbul edib. Gələn həftənin beşinci günü iş günü müəyyən edilib”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, şənbə günü qərara əlavə edilib:
“Bazar günü vətəndaşların istirahəti üçün saxlanılıb. Növbəti həftələrdə tətbiq olunacaq sərt karantin rejimində isə bazar günü təması minimum saxlamaq üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər”.
R.Bayramlı qeyd edib ki, gələn həftənin qaydaları ilə bağlı əlavə məlumat veriləcək.



9 iyun 2020
GO BACK