“Ötən həftəsonu dializ xəstələri ilə bağlı problemlər yaşandı”.
Qadin.Net bildirir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Bu həftənin şənbə günü dializ xəstələri artıq xəstəxanaya gedə biləcək. Bazar günü isə xəstəxanalarda dializ xidməti göstərilmir”, - deyə R.Bayramlı qeyd edib.