165 kiloqram ağırlığında olan şotlandiyalı qadın çəkisinin, demək olar ki, üçdə iki hissəsini itirib.
Leven şəhərinin sakini “The Scottish Sun” saytına arıqlamasının sirrini açıqlayıb.
52 yaşlı Treysi Makkormak 2016-cı ildə ikinci tip diabetə tutulduğunu öyrənib.
“Həkimlər mənə həyat tərzimi dəyişməyəcəyim təqdirdə beş il yaşamağıma belə zəmanət vermədilər. Mən şokda idim. Bu, mənim ehtiyacım olan fəaliyyət üçün çağırış idi”.
Bundan sonra qadın “Slimming World” tərəfindən hazırlanan arıqlama proqramına qoşulub. Qadının bu seçimi etməsinə məşqlər və pəhriz sayəsində 32 kq arıqlayan bacılarının uğuru ilham verib.
Həmin vaxtdan etibarən şotlandiyalı qadın qida rasionunu dəyişib və mütəmadi idmanla məşğul olmağa başlayıb. Nəticədə, o 102 kiloqram arıqlayıb.
“Səhhətim inanılmaz dərəcədə yaxşılaşdı, diabet remissiya mərhələsinə keçdi, təzyiqim isə normallaşdı”, - deyə T.Makkormak bildirib.
“Özümü tamam başqa insan kimi hiss edirəm”, - deyə qadın hisslərini bölüşüb.