Qadin.NET / Devid Bekhem aşpazlığa başladı

Devid Bekhem aşpazlığa başladı

45 yaşlı məşhur sabiq futbolçu, hazırda şəxsi biznesi olan Devid Bekhem sevimli hobbisini yeni peşəyə çevirmək niyyətindədir.
Qadin.Net bildirir ki, “The Sun” nəşrinin yaydığı məlumata görə, Bekhem hazırda iki şirkət - “BBC” telekanalı və ABŞ-ın onlayn nəhəngi “Netflix” ilə danışıqlar aparır.
O, dünya markalarının hər biri ilə kulinariya şousunu ekranlarda yayımlamaq üçün müqavilə imzalamağı planlaşdırır.
Futbolçunun 2019-cu ildə qurduğu “David Studio 99” şirkəti də “Bekhem ilə yemək bişiririk” interaktiv formatında iştirak edəcək
Keçmiş ulduz futbolçu illərdir ki, məşhur ingilis aşpazlarından biri olan Qordon Remzi ilə dostluq edir. O, hətta “The F Word” şousunda da iştirak edib. Son aylarda Qordon və Devid “Instaqram”da canlı yayım vasitəsilə çıxış edərək, kişilərin yeməyə olan sevgisini müzakirə ediblər.
Qeyd edək ki, 1999-cu ildə məşhur dizayner Viktoriya ilə evlənən keçmiş futbolçu D.Bekhemin Bruklin, Romeo, Kruz adlı üç oğlu və Harper adlı bir qızı var.

8 iyun 2020
GO BACK