Qadin.NET / Məşhur cütlük barışdı-FOTO

Məşhur cütlük barışdı-FOTO

Ötən ay Rusiyanın məşhur pop müğənnisi Polina Qaqarinanın fotoqraf həyat yoldaşı Dmitri İshakovdan boşandığı barədə məlumatlar yayılsa da, cütlük bununla bağlı açıqlama verməyib. Müğənninin nümayəndəsi Natalya Mostavkova mətbuata mesaj ünvanlayaraq deyib ki, Polina açıqlama vermək istəsə, şübhəsiz ki, məlumatları təhrif etmədən sosial media hesablarında dərc edəcək.
Polina və Dmitri ayrıldıqları ilə bağlı məsələni şərh etməyiblər. Amma onlar eyni evdə çəkilən fotolarını “Instaqram” hesablarında paylaşıblar.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu gün D.İshakov ilk dəfə sosial mediada boşanma xəbərlərinə reaksiya bildirib.
İzləyicilərdən birinin yazdığı “Dmitri boşandıqdan sonra 15 yaş daha da gəncləşib” rəyinə D.İshakov “Biz boşanmadıq!” cavabını verib.
Qeyd edək ki, onlar altı il birgə yaşadıqdan sonra ayrılmaq qərarına gəliblər. Bu ilin yanvar ayından ayrı yaşayan Polina və Dmitri boşanmaq üçün məhkəməyə müraciət ediblər. 
Xatırladaq ki, cütlük 2014-cü ildə ailə qurub. Onların Miya adlı qız, Qaqarin adlı oğul övladları var.


8 iyun 2020
GO BACK