45 kq artıqlayan britaniyalı müğənni Adel formada qalmasının sirrini bölüşüb.
Qadin.Net bildirir ki, bu barədə “The Sun” xəbər yayıb.
Nəşrin məlumatına görə, ifaçı mütəmadi olaraq idmanla məşğul olur. Bundan başqa, aktrisa yemək vərdişlərini də dəyişib. İndi o, aşağı karbohidratlı yeməklərə üstünlük verir. O, özü yemək hazırlamır və sağlam qidalar sifariş edir.
Adel gün ərzində 1700 kaloridən artıq qida qəbul etmir.
Britaniyalı ifaçı gündə üç dəfə yemək yeyir. O səhərini kəpəkli undan hazırlanmış blinçik və ya qaynadılmış yumurta ilə açır. Nahar və şam yeməyi üçün hinduşka əti ilə salat, bir dilim bişmiş qızıl balıq və ya bir az qızardılmış toyuq yeyir.
Yeməklər arasında müğənni bol su və təbii şirələr içir, həmçinin təzə meyvələr yeyir.