Qadin.NET / Bakı Metropoliteni sabah bu qaydada çalışacaq - AÇIQLAMA

Bakı Metropoliteni sabah bu qaydada çalışacaq - AÇIQLAMA

Bakı metropoliteni iyunun 8-dən etibarən həftəiçi günərində gücləndirilmiş iş rejimində çalışacaq.
Qadin.Net bildirir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov publika.az-a  bidirib ki, sabah səhər saat 06:00-dan etibarən metropolitenin yeni iş həftəsi başlayacaq: "Səhər saat 06:00-dan etibarən optimal iş qrafikində hərəkət gücləndirilmiş rejimdə, metodiki göstərişlərə uyğun tələblər əsasında davam etdiriləcək. Pik saatlarda qatarların hərəkəti "Həzi Aslanov"-"28 may" xətti üzrə 2 dəqiqə intervalla olacaq. Gücləndirilmiş iş rejimi ilə əlaqədar əlavə işçi qüvvəsi ayrılıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib".
B. Məmmədov əlavə edib ki, səhər saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı əlavə göstəriş və tövsiyyələri olarsa, iş prinsipi həmin qaydalara uyğunlaşdırılacaq.


7 iyun 2020
GO BACK