Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.
Qadin.Net bildirir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində rayonun Rüstəm Rüstəmov küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.