76 yaşlı türkiyəli aktrisa Nebahat Çehre Türkiyədəki 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına qadağa olmasına rəğmən restoranların birində görüntülənib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında xüsusi icazə ilə çölə çıxdığını söyləyib.
Belində problemlər yarandığını söyləyən sənətçi öncə həkimə gedib, daha sonra isə dostları ilə görüşüb.
“Hər gün yaşadığım küçənin ətrafı ilə beş kilometr gəzirəm. Buna görə də problem yaranıb. Belim ağrıdı deyə xəstəxanaya gəldim. Fürsətdən istifadə edib çoxdandır görmədiyim dostlarımla da görüşdüm” deyə, N.Çehre bildirib.
Qeyd edək ki, N.Çehre “Aşkı memnu” serialındakı Firdevs obrazı ilə dünyanın bir çox ölkəsində məşhurlaşıb.