Qadin.Net publika.az-a istinadən xəbər verir ki, onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);
Yaxın qohumların dəfnində iştirakla əlaqədar.
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatına görə, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün DİN-nin 590–80–20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət etməlidirlər:
“İyun ayının 6-dan etibarən 8 iyun tarixədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq".