43 yaşlı model Ebru Şallı ötən ay xərçəng xəstəliyindən vəfat edən oğlundan yazıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhurun oğlu haqqında sosial şəbəkədə paylaşdığı sözləri ürək dağlayıb.
Əvvəllər oğlu ilə mətbəxə girən və ən sevimli reseptlərini hazırlayan Ebru Şallı Pars ilə peçenye bişirərkən çəkilən fotonu paylaşıb. Məşhurun paylaşımındakı qeyd hər kəsi təsirləndirib: “Mətbəxlər artıq boşdur. Dünənə aid olan nə qədər söz varsa, dünənlə getdi, canciyəzim. İndi yeni şeylər söyləmək lazımdır. Ponçiğin istəyini yerinə yetirəcəyəm, bu gün bir az idarə edin məni, beləyəm”.
Oğlunun ölümündən sonra yalnız qəbiristanlığı ziyarət etmək üçün küçəyə çıxan Ebru Şallı İstanbuldan uzaqlaşmaq üçün hərəkətə keçib. Model 16 yaşlı oğlu və həyat yoldaşı Uğur Akkus ilə bir müddət yaxtalarında xatirələrindən uzaq olmağa qərar verib.
Xatırladaq ki, Ebru Şallının Harun Tan ilə evliliyindən doğulan 9 yaşlı Pars 2 il limfoma xəstəliyindən müalicə almışdı.