Qadin.NET / Bu gün Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi

Bu gün Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1957, 1957 və 1972-cü il təvəllüdlü dörd nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 82 nəfər vəfat edib.
2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılıb.

5 iyun 2020
GO BACK