Qadin.NET / “Vogue” dərgisi məşhurlardan imtina edib, onları çəkdi - FOTO

“Vogue” dərgisi məşhurlardan imtina edib, onları çəkdi - FOTO

“Vogue” dərgisinin İngiltərə bürosu iyul buraxılışı ilə bağlı maraqlı addım atıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hər zaman üz qabığında məşhurları görməyə öyrəşdiyimiz jurnalda bu dəfə koronavirusla mübarizə aparan işçilər yer alıb.
Dərginin baş redaktoru Eduard Enninful cəsur və özlərini başqalarına yardım etməyə həsr edən qadınlara yer vermək istədiklərini bildirib:
“İlin əvvəlində mənə “Vogue”un iyul sayında üz qabığında bir ginekoloq, maşinist və satıcı olacaq desəydilər, inanmazdım. Fəqət koronavirusla mübarizədə özümüzü adi insanlara və onların əsrarəngiz güclərinə söykənmiş halda tapdıq”.
Qeyd edək ki, fotoqraf Ceymi Haukesvortun çəkdiyi üz qabıqlarında Londonun qərbində ginekeoloq olaraq işləyən Raşel Miller, London metrosunun maşinisti Nərgiz Horsford və elə həmin şəhərdə market satıcısı olan Anisa Ömər yer alıb.

5 iyun 2020
GO BACK