“Kiçik yaşlı uşaqlar xəstəliyi daha çox asimptomatik keçirir və daşıyıcı olurlar”.
Qadin.Net -in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlının sözlərinə görə, bir sıra ölkələrdə yaşı 18 və 20-dən az olan şəxslərin küçəyə çıxması ilə bağlı qadağa var.
Sədr bildirib ki, hazırda ölkəmizdə belə qadağa yoxdur:
“Uşaqların ehtiyac olmayan yerlərə getmələri düzgün deyil. Onlar daşıyıcı ola və infeksiyanı yaşlılara daha tez keçirə bilərlər”.