Qadin.NET / Ramin Bayramlıdan həftəsonu məhdudiyyətləri ilə bağlı VACİB AÇIQLAMA

Ramin Bayramlıdan həftəsonu məhdudiyyətləri ilə bağlı VACİB AÇIQLAMA

“Həftəsonu məhdudiyyətləri bir neçə dəfə tətbiq edilə bilər”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, belə məhdudiyyətlər epidemik göstəricilər baxımından effektli, amma iqtisadi baxımından mənfi nəticələrə səbəb olur:
“Ona görə qısamüddətli qapanmalara gedilir”.
R.Bayramlı bildirib ki, koronaviruslu xəstələrin artması ilə xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşüb:
“İctimai nəqliyyatda maskaların istifadə edilməməsi, metroda arzuolunmaz halların yaşanması buna səbəbdir. Hətta bunu kiçik qələbə kimi qələmə verirlər”.

4 iyun 2020
GO BACK