Qadin.NET / TƏBİB-dən abituriyentlərdən koronavirus testi istənilməsi məsələsi ilə bağlı AÇIQLAMA

TƏBİB-dən abituriyentlərdən koronavirus testi istənilməsi məsələsi ilə bağlı AÇIQLAMA

“Abituriyentlərin və onların valideynlərinin koronavirus testindən keçməsi tələbi TƏBİB tərəfindən qoyulmayıb”.
Qadin.Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, xəstəlik əlamətləri, hər hansı tənəffüs yolları infeksiyasının simptomları olan, koronavirusa yoluxmuş insanla əlaqədə olan şəxslər, tibb işçiləri və ölkədən xaricdən gələn vətəndaşlar testdən keçirilir.
“TƏBİB tərəfindən abituriyentlərdən bu testin nəticələrinin istənilməsi tələbi qaydalarda qeyd edilməyib”, - deyə Y.Qarayeva əlavə edib.

4 iyun 2020
GO BACK