“Ötən gündən bəri qaydalara əməl edən şəxslərin sayında artım müşahidə edirik. Əgər qaydalara riayət edilsə, qapanmalara gedilməyə bilər”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Lakin qaydalara riayət olunmasa, məhdudiyyətlərin günləri artırıla bilər”.