Qadin.NET / Gələn həftəsonu da evdən çıxmaq qadağan olacaq? - RƏSMİ AÇIQLAMA

Gələn həftəsonu da evdən çıxmaq qadağan olacaq? - RƏSMİ AÇIQLAMA

“Qərarlar heç də təsadüfən qəbul edilməyib. Burada beynəlxalq təcrübə əsas götürülüb”.
Qadin.Net -in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, yalnız insanların küçələrə çıxma qadağası yetərli deyil:
“İnsanlar maska taxmalı, qaydalara əməl etməlidirlər. Belə məhdudiyyətlərdən sonra insanlar azadlığa daha çox meyil edir və sərt nəticələrə gətirib çıxarır. Biz bunu karantin rejiminin tədricən yumşaldılması mərhələsində gördük”.
O qeyd edib ki, növbəti həftəsonu sərt karantin rejiminin tətbiqi barədə danışmaq tezdir: 
“Bu qərar göstəricilərdən asılı olacaq. Bu təcrübədən artıq bir sıra dünya ölkələri -Türkiyə, İsrail istifadə edir. Bu qərar müxtəlif ekspertlərin ciddi rəyi ilə qəbul olunub”.


4 iyun 2020
GO BACK