Qadin.NET / Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ

Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb.
4 iyun 2020
GO BACK