Qadin.NET / “Con Uik-4” filmində köhnə kadrlardan istifadə olunacaq

“Con Uik-4” filmində köhnə kadrlardan istifadə olunacaq

“Con Uik” filminin rejissoru Çad Stahelski filmin dördüncü hissəsi üçün “Parabellum”da çəkilmiş, ancaq istifadə olunmamış səhnələrdən istifadə olunacağını bildirib. 
Qadin.Net bildirir ki, bu barədə NME xəbər yayıb.
Rejissorun sözlərinə görə, bundan əvvəlki serialda iki aksion səhnəsi filmdə yer olmadığı üçün çıxarılmışdı.
“Çəkdiyim şeyin 90 faizini “Con Uik-4”də istifadə edə bilərəm”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, filmin dördüncü hissəsinin 2021-ci ildə nümayiş olunacağı düşünülürdü, ancaq pandemiya ilə əlaqədar bu tarix bir il sonraya təxirə düşüb.
4 iyun 2020
GO BACK