“Cümə günlərində iş saatlarının azaldılması təklif edilib”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, bu təklif dövlət müəssisələrinə aid olacaq:
“Bu, özəl müəssisələrə şamil olunmayacaq. Bütün ticarət obyektləri, ərzaq mağazalarının tam qapanması nəzərdə tutulur. Apteklərin bağlanılması müzakirə edilir. Ona görə insanlar təşvişə düşmədən ərzaq təminatlarını həll etməlidirlər”.