Qadin.NET / TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”

TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”

“Təəssüflər olsun ki, pandemiyadan ikinci mərhələyə keçdikcə, virusdan əvvəl yaşadığımız normal həyata dönə bilmirik. Çünki bu virusun vaksini yoxdur”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, karantin rejimindən mərhələli çıxmalıyıq:
“Bunun üçün qaydalar hazırlanıb, müəssisələrə təqdim olunub. Vətəndaşlar qaydalara riayət etmirlər. Nəticədə bu gün yoluxmada ciddi artan say qarşısındayıq”.


3 iyun 2020
GO BACK